Azərbaycan cüdoçuları İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Böyük Dəbilqə”nin ikinci gününü medalsız başa vurublar.

Sport24.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Telman Vəliyev zədələndiyi üçün Lukas Rayterlə (Avstriya) 1/16 final görüşünə çıxmayıb.

81 kq-da yarışan Zelim Tskayev 1/16 finalda Ben Haroçu (İsrail) məğlub edib, 1/8 finalda Səid Mollayiyə (Monqolustan) uduzub.

Eyni çəkidəki Hidayət Heydərov Marsel Çerçanı (Rumıniya) məğlub etsə də, 1/8 finalda Frank De Vitlə (Niderland) bacarmayıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 cüdoçusundan Davud Məmmədsoy (60 kq) qızıl medal əldə edib. 66 kq-dakı Nicat Şıxəlizadə isə yeddinci olub.