"Lester"in mərkəz müdafiəçisi Vaut Fas "Əl-Əhli"yə transfer olunub. Sport24.az xəbər verir ki. bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

 

Heç bir klub sövdələşmənin təfərrüatlarını və ya "Lester"in əldə etdiyi transfer məbləğini açıqlamayıb.

 

Bir neçə gün öncə 28 yaşlı belçikalı futbolçunun sentyabrda, "transfer pəncərəsi"nin son günündə "Vest Hem"ə keçməyə yaxın olduğu, lakin sövdələşmənin baş tutmadaığı bildirilir.

 

Qeyd edək ki, belçikalı müdafiəçi "Lester"in heyətində 136 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. O, cari mövsümdə bir matçda meydana çıxıb.