Azərbaycanın "Qarabağ" klubunun yarımmüdafiəçisi Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Millətlər Liqasında ikinci qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, Monteneqro yığması C2 qrupunun 2-ci turunda Ermənistan millisini 3:2 hesabı ilə məğlub edib.

 

Yankoviç qarşılaşmanı əvəzlənmədən keçirib.


Qeyd edək ki, Monteneqro ilk turda Kipr yığmasına 2:1 hesabı ilə qalib gəlib.