U-15 kiçik yaşlı yeniyetmə cüdoçuların Bakı şəhər birinciliyinin ilk yarış gününə yekun vurulub. Sport24.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə keçirdiyi turnirdə 2008-2010-cu il təvəllüdlü idmançılar arasında mükafatçılar müəyyən olub.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda paytaxt Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 232 oğlan və 22 qız cüdoçu arasında 6 çəki dərəcəsində qaliblər bəlli olub.

Yarışa aprelin 10-da yekun vurulacaq.

Qızlar

-28 kq
1. Fatimə Xairova - 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
2. Əzizə Məkayılova - Şuşa İdman Klubu

-40 kq
1. Dərya Bıkova - Respublika Kompleks İdman Məktəbi
2. Gülnaz Məmmədtağıyeva - 8 saylı İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbi
3. Zilan Hüseynli - Şağan Olimpiya İdman Kompleksi
3. Nərgiz Əhmədova - Xəzri Cüdo İdman Klubu

-52 kq.
1. Aysun Məmmədova - 13 saylı İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbi
2. Lumuzar İsrayılova - “Təhsil” Respublika İdman Mərkəzinin 6 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Klubu 
3. Dəniz Miriyeva - Neftçi İdman Klubu
3. Aydan Bağırlı -  Cüdo Klub 2020

Oğlanlar 

-34 kq

1. Rza Xəlili - Respubilka Olimpiya İdman Litseyi
2. Elmir Mirzəyev - Respublika Olimpiya İdman Liseyi
3. İsmayıl Cəfər - 10 saylı Uşaq-Gənclər İdman Məktəbi
3. Əli Abdullayev - Cüdo Klub 2020

-46 kq.
1. Əlimühsün Hacıyev - Respublika Olimpiya İdman Liseyi
2. Ruslan Əsgərov - 13 saylı İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbi
3. Rövşən Mahmudov - Yasamal Sambo İdman Klubu
3. İsmayıl Vəlizadə - 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

-60 kq
1. Əhliman İsmayılov - 8 saylı İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbi
2. Aslan İsmayılov - 8 saylı İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbi
3. Nicat Bayramov - 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyaları Uşaq-Gənclər İdman Məktəbi
3. Yusif Abbasov - 13 saylı İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbi