Yeniyetmə qız və oğlan boksçulardan ibarət Azərbaycan millisi Özbəkistana yollanıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

 

Hər iki komandamız Daşkəndə yerli idmançılarla birgə təlim-məşq toplanışı keçəcək.

 

Bu gün start götürən hazırlıq aprelin 17-dək davam edəcək. Toplanış çərçivəsində sınaq döyüşləri də keçiriləcək.