Almaniyada ölkəmizi təmsil edən "Odlar Yurdu” İdman Klubunun ("Land des Feuers e.V.”) təşkilatçılığı ilə noyabrın 16-da Köln şəhərində boks yarışı keçirilib. Sport24.az xəbər verir ki, yarışda "Baku Fight Club" idman klubunun döyüşçüsü Nicat Həsənov rəqibi - Ukrayna təmsilçisi Ramiz Jelezniak üzərində qələbə qazanıb.

 

Gecənin əsas döyüşü olan, "Odlar Yurdu” İdman Klubunun ağır çəkili döyüşçüsü Hussein Muhammad ilə Yakup Sağlam arasında baş tutmuş döyüş, gərgin keçən 10 raundun sonunda xal hesabı ilə "Odlar Yurdu”nun təmsilçisinin qələbəsi ilə bitib. Bununla yanaşı, yarışmada müxtəlif ölkələri təmsil edən 16 peşəkar boksçu reytinq döyüşləri keçirib və döyüşlərin hər biri böyük maraqla izlənilib. 

 

"Odlar Yurdu” İdman Klubunun meneceri Azad Əzizov və promouter Anar Axundzadə yarışda iştirak etmiş idmançılara mükafat və diplomlarını təqdim edərək, onları klubun təşkilatçılığı ilə yaxın gələcəkdə baş tutacaq növbəti yarışlarda iştirak etməyə dəvət ebiblər.