"Zirə"nin vitse-prezidentindən: "Əvvəlki kimi, Orxan Məmmədovun rəhbərliyi altında..."

 

"Zirə"nin vitse-prezidenti Seyidağa Babayev öz şəxsi "facebook" profilində paylaşım edib. Sport24.az xəbər verir ki, klub funksioneri onun "qartallar"dan ayrıl ası haqda yayılan şayiələrə münasibət bildirib.

 

"Dəyərli dostlar! 

Son günlər "Zirə" klubundan ayrılmağımla bağlı xeyli sayda mesajlar alıram. Hamı da ayrılığın səbəbini soruşur. Bu üzdən hesab etdim ki, yayılan məlumata şəxsi profilimdən cavab verim.

Şəxsi və bir sıra biznes təyinatlı layihələrlə bağlı mütəmadi olaraq ölkə xaricinə səfərlərim olur. Ancaq bu hal klubda  tutduğum vitse-prezident postunun vəzifə öhdəliklərini icra etməyə mane olmur. Bildirmək istəyirəm ki, "Zirə"dəki vitse-prezident postundan ayrılmamışam, öz funksiyalarımı yerinə yetirməkdəyəm və bu yöndə fəaliyyətimdə heç bir dəyişiklik yoxdu. Əvvəlki kimi, fəxri prezident Orxan Məmmədovun rəhbərliyi altında öz fəaliyyətimizə davam edirik. "Zirə" ilə Zirvəyə!" - Babayev fikirlərini bu cür tamamlayıb.