Jitomir "Polesia"sının müdafiəçisi Daniil Beskorovaynı bu qış "Neftçi"yə keçməyə yaxındır. Sport24.az "TaToTake"yə istinadən xəbər verir ki, "ağ-qaralar"ın yeni baş məşqçisi Yuri Vernidub oyunçunu yaxından tanıyır.

 

Mənbənin sözlərinə görə, "Neftçi"nin müdafiəçiyə marağının səbəbi bəllidir: Beskorovaynı karyerasının ən yaxşı dönəmini Vernidubun rəhbərliyi altında "Krivbas"da keçirib.

 

Qeyd edək ki, cari mövsüm mərkəz müdafiəçisi üçün çətin keçib. Zədələr səbəbindən o, yalnız dörd matçda meydana çıxıb. Bu üzdən Ukrayna klubu qışda müdafiəçiyə görə gələn təklifi nəzərdən keçirməyi düşünür.