"Barselona"nın keçmiş baş məşqçisi Xavi karyerasını Premyer Liqada davam etdirə bilər. Sport24.az "Independent" qəzetinə istinadən xəbər verir ki, bu yaxınlarda Liam Rosenioru işdən çıxaran "Çelsi" 46 yaşlı mütəxəssisin namizədliyini gözdən keçirir.
Mənbənin sözlərinə görə, Xavinin oyun fəlsəfəsi "Çelsi"ni Klublararası Dünya Kuboku və Konfrans Liqasında uğura daşıyan Enso Mareskanın iş metoduna bənzəyir.
Qeyd edək ki, Xavidən başqa Xabi Alonso, Sesk Fabreqas və Andoni İraola da London klubunun baş məşqçi postuna namizədlər arasındadır.