“Neftçi”nin baş məşqçisi Adrian Mutu bu gün Rusiya “Zenit”inə qarşı keçirəcəkləri yoldaşlıq görüşü haqqında danışıb. Sport24.az xəbər verir ki, rumıniyalı mütəxəssis "Neftçi TV"yə açıqlamasında bu matçı keçirməklərində əsas məqsədlərinin Premyer Liqanın növbəti turunun "Araz-Naxçıvan"la matçına hazırlaşmaq olduğunu bildirib: “Hazırlıqlar yaxşı keçdi, bizi “Zenit”lə çətin oyun gözləyir. Çalışacağıq ki, az oynayan futbolçulara daha çox şans verək. Bu görüşün əsas məqsədi Premyer Liqanın növbəti turunda “Araz-Naxçıvan”la oyuna yaxşı hazırlaşmaqdır. Milli komandalarda bəzi futbolçular zədəlidir. Bizim üçün çətin vəziyyətdir. Amma bunun öhdəsindən gəlməyə çalışacağıq və zədəlilərin sağalmasını gözləyəcəyik. “Araz-Naxçıvan”la oyuna tam heyətlə yanaşmaq istəyərdim".
Mutu Azərbaycan yığmasının AVRO-2024-ün seçmə mərhələsində İsveçə böyük hesabla qalib gəlməsinə (3:0) və kapitanı Emin Mahmudovun bu oyunda dubl etməsinə də toxunub: "Bu matça baxdım, çünki orda futbolçularım oynayır. Emin, Höcət və Eddini izlədim. Ümumiyyətlə, hər şey yaxşı idi. Mahmudovun qollarına görə sevindim. Ümid edirəm ki, o, “Neftçi” üçün də qol vurmağa başlayacaq”.
Qeyd edək ki, "Neftçi" - "Zenit" görüşü bu gün saat 21:00-da "Neftçi Arena"da keçiriləcək.