UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın növbəti rəqibi olan “Olimpiakos”u cəzalandrııb. Sport24.az xəbər verir ki, Yunanıstan çempionu turnirin II turunda “Frayburq”la (0:3) ev matçında azarkeşlərin davranışına görə cəriməyə məruz qalıb.

Bu, ümumilikdə 58 min avro olub. Qitə futbol qurumunun qərarına görə, növbəti turda “Qarabağ”la qarşılaşmada şimal tribunası qismən bağlı olacaq. Buna səbəb “Frayburq”la matçda azarkeşlərin pirotexniki əşyalardan istifadə etməsi olub.

Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” oyunu oktyabrın 6-da keçiriləcək.