Bu gün Azərbaycan Premyer Liqasında XIII turun 2-ci oyun günü olub. Sport24.az xəbər verir ki, günə Tovuzda yekun vurulub
Belə ki, bu turda əyalətdə tək qarşılaşmada "Turan Tovuz" "Sabah"ı qəbul edib.
Məhsul ədar alınan matçda bütün qollar ilk hissədə vurulub. Qonaqlar gürcü hücumçusu Davit Volkovun het-triki sayəsində 3 xal qazanıb.
11 noyabr (şənbə)
19:00. “Turan Tovuz” – “Sabah” - 2:3
Qollar: F.Nəbiyev, 35-pen, B.Qonçalves, 38 - D.Volkov, 8, 26, 42
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz. Şəhər stadionu
İlk dövrədəki matç - 3:0
"Turan Tovuz": 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k),2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 70. Məzahir Məmmədzadə, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
“Sabah”: 55. Nicat Mehbalıyev, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Cesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 24. Maruan Hadudi, 7. Boyan Letiç
Baş məşqçi: Murad Musayev