Misli Premyer Liqanın 19-cu turu çərçivəsində "Turan Tovuz" -  "Qarabağ" matçından sonra qalmaqal yaşanıb. Sport24.az xəbər verir ki, baş hakim Fərid Hacıyevin final fitindən dərhal sonra bir qrup yerli azarkeş hakimlərin ünvanına təhqiramiz ifadələr işlədib.

Polislər onlarda sakitləşməyi tələb etsə də, buna məhəl qoyulmayıb. Yaranmış vəziyyətdən kəskin narazı qalan polis mayoru fan-klubun Kamal adlı rəhbərinə iradını bildirib. O isə azarkeşin hakimlərin təhqir olunmasının normal hal olduğunu deməsi zabiti özündən çıxarıb və onun polis şöbəsinə aparılması göstərişini verib. Klub rəhbərliyi həmin azarkeşin azad olunması ilə məşğuldu.

Onu da bildirək ki, azarkeşlər matçdan sonra meydana yad əşyalar və plastik butulkalar atıblar.