"Qarabağ" bu qələbə ilə böyük üstünlük əldə etdi. Düşünmürəm ki, qarşıdakı oyunlarda hansısa komanda çempionluq yolunda ona rəqib olsun. Fikrimcə, 90 faiz məsələ həll olunub". Bu sözləri Sport24.az-a açıqlamasında Aftandil Hacıyev deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"ın erkən çempionluğunun komandanın əlehinə olacağını vurğulayıb: "Erkən çempionluq "Qarabağ"ın digər oyunlarda məğlubiyyətinə səbəb ola bilər. Çünki artıq stimul qalmır. "Sumqayıt" son görüşlərdə özünə bənzəmir. Xüsusilə də "Sabah" və "Qarabağ"la oyunlara bunu şamil etmək olar. Yeganə "Səbail"lə görüşün son dəqiqələrində gələn qələbə qolu komandanın psixoloji baxımından yaxşı qalmasına kömək edir. "Sumqayıt" Premyer Liqanı tərk etməmək üçün sona qədər mübarizə aparmalı olacaq".

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" görüşü 0:6 hesabı ilə başa çatıb.

 

 

KAMAL RZA