"Şamaxı" milli komandaların oyunları ilə əlaqədar fasilədə yoxlama matçı keçirəcək. Bu haqda Sport24.az-a məlumat verən komandanın baş məşqçisi Vüqar Əsgərli həmin məqsədlə paytaxta gələcəklərini deyib: "Martın 22-də Şamaxıda hazırlığıa başlayacağıq. Martın 25-də "Zirə"ylə Bakıda yoxlama matçı keçirəcəyik. Zirədə olacaq bu görüş saat 16:00-da başlayacaq. Matçdan sonra 1 günlük istirahət olacaq. Martın 27-də yenidən Şamaxıda yığışaraq hazırlığı davam etdirəcəyik". 

Xatırladaq ki, "Şamaxı"dan sonrakı ilk turda evdə "Qarabağ"la oynayacaq.

 

MEHMAN SÜLEYMANOV