Birinci Liqada 25-ci tur davam edir. Sport24.az xəbər verir ki, bu gün keçirilən oyunlardan sonra liqanın qalibinin adına aydınlıq gələ bilər.
Çempionatın lideri "Şəfa" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşn "Difai"nin qonağı olacaq. 2-ci yerdəki "Səbail" isə "Zaqatala" ilə üz-üzə gələcək. Hazırda "Şəfa" və "Səbail" arasındakı xal fərqi 7-yə bərabərdir.
Elgiz Kərəmlinin çalışdırdığı komanda autsayderlə matçda qələbə qazanarsa, sona 2 tur qalmış çempionluğu rəsmiləşdirəcək. "Səbail"in "Zaqatala"ya məğlub olacağı halda isə "Şəfa"ya hazırkı xal fərqi də kifayət edəcək.
Qeyd edək ki, reqlamentə əsasən, I Liqada çempionluğu bayram edən komanda birbaşa Pemyer Liqaya vəsiqə qazanacaq. Mövsümü ikinci pillədə başa vuran kollektiv isə elitanın 11-cisi ilə bir görüşdən ibarət pley-offda üz-üzə gələcək.
6 may (çərşənbə)
16:00. "Şimal" – MOİK
Şamaxı OİK stadionu
16:00. "Difai" – "Şəfa"
Buzovna qəsəbə stadionu
16:00. "Zaqatala" – "Səbail"
Zaqatala OİK stadionu
7 may (cümə axşamı)
16:00. "Cəbrayıl" – "Baku Sportinq"
5 may (çərşənbə axşamı)
"Şahdağ Qusar" – "Mingəçevir" - 2:0