Azərbaycan millisinin futbolçusu Səbuhi Abdullazadənin karyerasını Rusiyada davam etdirmək ehtimalı olub. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Moskva təmsilçisi "Rodina" ötən mövsüm 24 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyib.

Həmin vaxt I Liqada çıxış edən paytaxt klubu Səbuhi Abdullazadə üçün 180 min avro məbləğində rəsmi təklif də göndərib. Lakin futbolçu daha yüksək səviyyəli liqada çıxış etmək istədiyini bildirərək bu keçiddən imtina edib.

Qeyd edək ki, "Rodina" ötən gün Rusiya Premyer Liqasının III turunda səfərdə "Zenit"ə 2:1 hesabı ilə qalib gəlib. Moskva klubunun hər iki qolunu I Liqada çıxış etdiyi dövrdən komandada olan 20 yaşlı erməni futbolçu Artur Qəribyan vurub.