Ukrayna Premyer Liqasında II turun matçları oynanılır. Sport24.az xəbər verir ki, UEFA Konfrans Liqasında "Qarabağ"ın rəqibi olan Kiyev "Dinamo"su səfərdə "Veres"lə üz-üzə gəlib. Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

 

9 avqust

 

"Veres" – "Dinamo" (Kiyev) 1:2

 

Qollar: İ. Xaratin, 52; O. Tımçik, 38, M. Ponomarenko, 90+2 (pen.)

 

"Qarabağ" tərəflər arasında baş tutan ilk matçda kiyevlilərə minimal hesabla (0:1) məğlub olub. Komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bakıda keçiriləcək.