Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026 zamanı bir neçə ciddi təhlükəsizlik təhdidi ilə üzləşib. Sport24.az xəbər verir ki, bu barədə "Diario AS" qəzeti polis sənədlərinə istinadən məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, mesajlardan birində naməlum şəxs stadiona partlayıcı qurğu ilə daxil olmaq və argentinalı hücumçuya hücum etmək niyyətində olduğunu iddia edib.

 

Hüquq-mühafizə orqanları mesaja operativ reaksiya verib. Qısa vaxtda xüsusi təyinatlılar öyrədilmiş itlərlə arenanı və ətraf ərazini yoxlayıblar. Xoşbəxtlikdən, təhdidlərin heç biri reallaşmayıb və turnir insidentsiz keçib.