"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Orhus"un Danimarka çempionatındakı növbəti qarşılaşmasının vaxtında dəyişiklik edilib. Sport24.az xəbər verir ki, komandanın Superliqanın III turu çərçivəsində "Midtyullan"a qarşı keçirməli olduğu matç avrokubok oyunu səbəbindən ertələnib.

 

Görüş sentyabrın 2-si, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Danimarka təmsilçisinin rəsmi oyun təqvimində də matçın yeni tarixi dəqiqləşib.

 

"Orhus" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında "Sabah"ı 2:1 hesabı ilə məğlub edib. Tərəflər arasında cavab qarşılaşması avqustun 11-də Bakıda tutacaq.