Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkil etdiyi ölkə çempionatı və kubok yarışları yekunlaşıb. Sport24.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan turnirdə U-15, U-18 və böyüklər kateqoriyalarında respublikanın ən güclü idmançıları qüvvələrini sınayıblar.

 

U-15 yaş qrupunda Selcan Məmmədli və Məhəmməd İsmayılov çempionluğu qeyd edib, Məryəm İbrahimli və Saleh Məmmədli gümüş, Zeynəb Abdullayeva və Əhməd İsmayılov isə bürünc medala sahib olublar.

 

U-18 kateqoriyasında Sümeyyə Bədəlli və Sərdar Vəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Şəms Heybətova və Zahid Kazımzadə turniri ikinci, Zəhra Carçılı ilə Hüseyn Məhərrəmov isə üçüncü yerdə bitiriblər.

 

Böyüklərin mübarizəsində Fatimə Hüseynli və Nurlan Rəhimli rəqiblərini geridə qoyaraq ölkə çempionu adını qazanıblar. Lalə Əbdürəhmanova və Əli Qənbərli gümüş, Svetlana Simonova və Morozeviç Amiran isə bürünc müfakatlara yiyələniblər.

 

Mübarizəyə yekun vurulduqdan sonra təntənəli mükafatlandırma mərasimi təşkil olunub. Fərqlənən idmançılara mükafatları Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kamandan Oxatma Federasiyasının və "Target Archery Club"ın rəsmiləri təqdim ediblər.