"Turan Tovuz" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisi Rahil Məmmədovla anlaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Milli komandamızın üzvü ilə 1+1 illik müqavilə bağlanıb. 

 

Son olaraq "Araz-Naxçıvan"ın formasını geyinən müdafiəçi karyerası ərzində "Neftçi", "Səbail", "Zirə", "Qarabağ", Polşanın LKS Lodz və "Radomiak" klublarında çıxış edib.