Yeni mövsümə hazırlaşan "Qəbələ" heyətini gücləndirmək yönündə çalışmalarını davam etdirir. Sport24.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumat görə, "qırmızı-qaralar" daha iki legionerin yolunu gözləyir.
Mənbəmizin sözlərinə əsasən, "qırmızı-qaralar" mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən iki əcnəbi ilə artıq ortaq məxrəcə gəlib. Adları açıqlanmayan hər iki əcnəbinin çempionatın startına qədər Kaxaber Tsxadadzenin sərəncamında olacağı gözlənilir.
Qeyd edək ki, bölgə təmsilçisi mövsümlərarası fasilədə Kouya Mabena ("Floriana", Malta), Natan Monzanqo ("Bravo", Sloveniya), Karim Rossi ("Şamaxı"), Uboçioma Meşak ("Kazintsbartsika", Macarıstan), Bruno Silva ("Oliveyrense", Portuqaliya) və Artur Mottanı ("Beroe", Bolqarıstan, icarə) heyətinə cəlb edib.