Azərbaycan millisinin futbolçusu Aysun Muradova karyerasını ölkə xaricində davam etdirəcək. Sport24.az xəbər verir ki, 22 yaşlı futbolçu Türkiyə təmsilçisi "Sakarya" ilə anlaşıb.
Klub rəhbərliyi Muradovanın transferi ilə müdafiə xəttini gücləndirdiyini bildirib. "Sakarya" Türkiyə Qadınlar Futbol birinci Liqasında mübarizə aparır.
Qeyd edək ki, Muradova daha əvvəl də Türkiyədə legioner həyatı yaşayıb. O, "Kayseri Kadın FK", "Kireçburnu" və digər klubların formasını geyinib