"Fənərbaxça" hücumçu Romelu Lukaku üçün "Napoli"yə 6 milyon avro təklif edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto sosial media hesabında paylaşım edib. 

 

Mənbənin sözlərinə görə, İtaliya tərəfi isə bu məbləğin təxminən ikiqatını istəyir. Türkiyə klubunun qarşıdakı günlərdə daha yaxşı təklif irəli sürməsi gözlənilir.

 

Bir neçə gün öncə mətbuatda 33 yaşlı futbolçunun "Fənərbaxça"nın formasını geyinməyə razılıq verdiyi barədə xəbərlər yayılıb.

 

Qeyd edək ki, Belçika millisinin hücumçusu 2025/26 mövsümündə "Napoli"də bütün turnirlərdə 7 oyun keçirib və 1 qol vurub. O, zədə səbəbindən mövsümün böyük bir hissəsini buraxıb. Hücumçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.