"Real" "Yuventus"un yarımmüdafiəçisi Manuel Lokatellini transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "Kral klubu" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer edə bilmədikdən sonra diqqətini 28 yaşlı futbolçuya yönəldib. Lakin "Yuventus" Lokatellini ucuz qiymətə satmaq fikrində deyil.

 

Qeyd edək ki, Turin klubu apreldə Lokatelli ilə müqaviləni 2030-cu ilin yayına qədər uzadbı. Yarımmüdafiəçi 2021-ci ildən "Yuventus"un formasını geyinir.