PSJ-nin yarımmüdafiəçisi Fabian Ruis karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Çelsi" ispaniyalı futbolçunun xidmətində maraqlıdır.

 

Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

 

London nəhənginin baş məşqçisi Xabi Alonso həmyerlisini sərəncamında görmək istəyir. "Çelsi" 30 yaşlı oyunçu üçün 60 milyon avro təzminat ödəməyə hazırdır.

 

Qeyd edək ki, Favian Ruis 2022-ci ilin yayından PSJ-də çıxış edir. Təcrübəli yarımmüdafiəçi İspaniya millisi ilə DÇ-2026-nın qalibi olub.