"Real"ın futbolçusu Arda Güler karyerasını Fransada davam etdirə bilər. Sport24.az xəbər verir ki, PSJ türkiyəli yarımmüdafiəçini transfer etmək istəyir.

 

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Paris klubu Arda üçün 115 milyon avro təklif göndərməyə hazırlaşır.

 

Arda Güler 2023-cü ildən "Real"da çıxış edir. O, komandada 71 oyunda 13 qol vurub.

 

21 yaşlı futbolçu Türkiyə millisinin də üzvüdür.