"Qarabağ"ın cinah müdafiəçisi Elvin Cəfərquliyevin səhhəti ilə bağlı son vəziyyət bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
MRT müayinəsindən keçən 26 yaşlı futbolçunun səhhətində hər hansı bir ciddi problem və ya zədə müəyyən olunmayıb. Hazırda kollektivlə birgə məşqlərə qatılan E. Cəfərquliyev komanda ilə hazırlığını sürdürür.
Cinah oyunçusu Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev) ilə keçirilən ilk matçında zədələnərək meydanı vaxtından əvvəl tərk etməli olmuşdu.