"İnter" heyətini Uruqvay millisinin üzvü Alvaro Qonzales Mourinyo ilə gücləndirmək niyyətindədir. Sport24.az xəbər verir ki, 24 yaşlı müdafiəçi "nerazzura"nın transfer siyahısında yer alır.
Mourinyo özü də "İnter"ə keçməkdə maraqlıdır. Hazırda tərəflər arasında danışıqlar gedir.
Keçid indi baş tutmasa, İtaliya çempionu qışda transferi reallaşdırmağa çalışacaq. "Rasinq Montevideo", "Atletiko"(Madrid), "Saraqosa", "Alaves" klublarında oynamış Mourinyonun "Vilyarreal"la müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.