Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə ölkə çempionatı və kubokuna start verilib. Sport24.az bildirir ki, yarışın ilk günündə məşq sessiyaları və sınaq atışlarını uğurla yekunlaşdıran idmançılar ölkə birinciliyi uğrunda gərgin mübarizəyə qoşulublar.

 

Günün ilk yarısında 15 yaşadək (U15) oxatanlar 40 metr məsafədə təsnifat və seçmə mərhələlərində öz qüvvələrini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmaların yekununda həlledici mərhələnin cütlükləri bəlli olub. Qızların yarışında qızıl medal uğrunda Məryəm İbrahimli və Selcan Məmmədli, bürünc medal uğrunda isə Zeynəb Abdullayeva və Ayşənur Novruzova mübarizə aparacaqlar. Oğlanlar arasında isə çempionluq titulu uğrunda Saleh Məmmədli ilə Məhəmməd İsmayılov, bürünc mükafat uğrunda isə Fuad Hüseynov ilə Əhməd İsmayılov yarışacaqlar.

 

Qeyd edək ki, sabah ölkə çempionatı və kubokunun rəsmi açılış mərasimi baş tutacaq, ardından isə U18 və böyüklər kateqoriyaları üzrə yarışlara start veriləcək.