Azərbaycanın atletika üzrə yığma komandasının üzvü İlahə Quliyeva ABŞ-nin Yucin şəhərində təşkil olunacaq U-20 dünya çempionatında mübarizə aparacaq. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Təmsilçimiz beynəlxalq turnirdə 400 metr məsafəyə qaçış növündə qüvvəsini sınayacaq.
U-20 dünya çempionatı avqustun 5-dən 9-dək davam edəcək.