Əl-Diriyyə "Everton"un yarımmüdafiəçi İdrissa Quye ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.
36 yaşlı seneqallı futbolçu 2022/23 mövsümündən İngiltərə klubunun formasını geyinirdi. Yarımmüdafiəçi 2025/26 mövsümündə 25 matçda meydana çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Quye karyerası ərzində PSJ, "Lill" və "Aston Villa" kimi komandaların formasını geyinib.