"Benfika"nın ukraynalı qapıçısı Anatoli Trubin "Yuventus"a keçməyə yaxındı. Sport24.az xəbər verir ki, bu barədə insayder Mirko Di Natale sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, 25 yaşlı qapıçı Turin klubuna keçməyə razılıq verib. Tərəflərin yaxın günlərdə danışıqları yekunlaşdıracağı bildirilir. 

 

Bir müddət əvvəl mətbuatda Trubinin PSJ, "Real", "Tottenhem" və "Aston Villa"nın maraq dairəsində olduğu barədə xəbərlər yayılmışdı. "Benfika"nın qapıçının satışından ən azı 20 milyon avro qazanmağı planlaşdırır. 

 

Qeyd edək ki, Trubin ötən mövsüm Portuqaliya klubunun heyətində bütün turnirlərdə 50 oyun keçirib və 43 qol buraxıb. 21 matçda isə ukraynalı qolkiper qapısını toxunulmaz saxlayıb.