"Əl-Hilal"ın hücumçusu Darvin Nunyes "Trabzonspor"a keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Ajansspor" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Trabzon klubu 27 yaşlı futbolçunu transferi ilə bağlı prinsipial razılığa gəlib.
Bir müddət əvvəl mətbuatda uruqvaylı hücumçuya adı çıqlanmayan iki İtaliya klubunun "elçi" düşdüyü ilə bağlı xəbərlər yayılmışdı. "Nyukasl" və "Çelsi"nin də Nunyeslə maraqlandığı bildirilir.
Qeyd edək ki, Darvin ötən mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.