Rumıniyada Liqa 1-in 4-cü turu çərçivəsində bir sıra oyunlar keçirilib. Sport24.az xəbər verir ki, millimizin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" doğma meydanda "Otselul"u qəbul edib.

 

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, Hüseynov oyuna 75-ci dəqiqədə daxil olub. Hazırda "Petrolul" 6 xalla 8-ci pillədə qərarlaşıb.