"Fulhem" "Sauthempton"un yarımmüdafiəçisi Şi Çarlzın transferi ilə bağlı razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Klublar arasında bu gün əldə olunan razılaşmaya əsasən, London təmsilçisi 21 yaşlı futbolçu üçün bonuslarla birlikdə ümumilikdə 30 milyon funt sterlinq ödəyəcək. Müqavilədə "Sauthempton"un gələcək satışdan pay alacağı bənd də yer alıb.

Qeyd edək ki, Şi Çarlz ötən mövsüm Çempionşipdə "Sauthempton"un heyətində 36 rəsmi matçda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.