"Espanyol" "İnter"in U-23 klubunun futbolçusu İssiaka Kamatenin "rənglərinə bağlamağ"a yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
İspaniya klubu İtalya təmsilçisinə rəsmi təklif göndərib. Tərəflər arasında danışıqların müsbət yöndə irəlilədiyi bildirilir. Katalonya təmsilçisi 22 yaşlı fransalı futbolçu üçün 3 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, "Espanyol" oyunçunun transfer hüquqlarının 50 faizini əldə edəcək. "İnter" isə digər 50 faizlik payı özündə saxlayacaq.
Qeyd edək ki, Kamate ötən mövsüm "İnter"in U-23 komandasında çıxış edib və İtaliya üçüncü liqasında 33 oyunda 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən ilin fevralında "İnter"in əsas komandasında da debüt edib və bir məhsuldar ötürmə verib.