"Milan" müdafiəçisi Zakari Atekamini "Lion"a icarəyə verməyə razılaşıb. Sport24.az xəbər verir ki, "RMC Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Liqa 1 klubu 21 yaşlı isveçrəli müdafiəçinin illik maaşını tam ödəyəcək. Zakari 2027-ci ilin yayında "Milan"a qayıdacaq.
Qeyd edək ki, Atekame 2025/26 mövsümündə 25 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun "Milan"la müqaviləsi 2030-cu ilin iyununda başa çatır. "Transfermarkt" portalı onun transfer dəyərini 15 milyon avro qiymətləndirir.