"Real"ın hücumçusu Endrik komandadan ayrılaraq mövsümü başqa klubda icarə əsasında keçirməyi ciddi şəkildə düşünür. Sport24.az "As" nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu Karlos Espinin transferindən sonra Madrid klubunda əsas heyətə düşmək şanslarının azaldığını düşünür.
Mənbənin sözlərinə görə, 20 yaşlı hücumçu Avropa kuboklarında, mümkün qədər Çempionlar Liqasında iştirak edən və ona müntəzəm əsas heyətdə oynamaq imkanı verəcək komandaya keçmək istəyir.
Endrik artıq mümkün təklifləri nəzərdən keçirir. "Roma" və "Aston Villa"nın braziliyalı futbolçuya maraq göstərdiyi bildirilir. Hər iki klub Endrikin müəyyən etdiyi şərtlərə uyğun gəlir.
Qeyd edək ki, gənç hücumçu daha əvvəl "Lion"da icarə əsasında çıxış edib və 21 oyunda 8 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.