Kolumbiyalı hücumçu Viktor İbarbo karyerasını İtaliyada bərpa edə bilər. Sport24.az xəbər verir ki, 36 yaşlı futbolçu ilə İtaliyanın D Seriyasında çıxış edəcək
"Pontedera" maraqlanır. Toskana təmsilçisi yüksəliş hədəfi ilə rəqabətədavamlı heyət qurmaq üçün İbarbonu transfer siyahısına daxil edib.

İbarbonun "Pontedera"nın "Urbino Taccola"nı 3:0 hesabı ilə məğlub etdiyi yoxlama oyununu tribunadan izləməsi də transfer iddialarını gücləndirib.

Qeyd edək ki, kolumbiyalı futbolçu İtaliyada daha əvvəl "Kalyari" və "Roma"nın formasını geyinib. O, həmçinin İngiltərədə "Uotford", Yunanıstanda "Panatinaikos", Yaponiyada "Saqan Tosu" və "V-Varen Naqasaki"də çıxış edib.