"Səbail"in legioneri Luvaqa Kizitonun almacıq sümüyü qırılıb. Bu haqda Sport24.az-a məlumat verən komandanın baş məşqçisi Şahin Diniyev uqandalı hücumçunun hazırkı durumu ilə bağlı danışıb. 

Onun sözlərinə görə, Kizitonun qayıdışıyla bağlı hələ xeyli müddət gözləməli olacaqlar: "Onun almacıq sümüyü sınıb. Klinikada 3 gün qaldı. Artıq ordan çıxsa da, məşqlərə ümumiyyətlə, qatılmır. Həkimimizlə onun haqda danışdım, dedi ki, birigün onu bazaya çıxarıb müayinə edəcək. Kizitonu başındakı şiş hələ çəkilməyib. Yəqin. individual məşqlərə başlayacaq, Onda görəcəyik ki, tam hazır olmasına hələ nə qədər var. Hər şeyi gedişat göstərəcək. Belə deyək, Luvaqanın qarşıdakı iki həftədə olmayacağı yüzfaizdi".

Xatırladaq ki, Kizito XX turda "Səbail"lə "ASCO Areana"dakı matçın ilk hissəsində rəqibin kapitanı Yusif Nəbiyevlə başla toqquça nəticəsidə ağır xəsarət alaraq əvəzlənmiş, dərhal də xəstəxanaya aparılmışdı. 

 

 

MEHMAN SÜLEYMANOV