Ərzurumda təlim-məşq toplanışında olan "Səbail" bu gün ilk yoxlama oyununu keçirəcək. Sport24.az xəbər verir ki, Şahin Diniyevin baş məşqçisi olduğu komanda bu ölkənin I Liqa təmsilçisi "Ərzurumspor"la üz-üzə gələcək.

Qarşılaşma saat 17:00-da start götürəcək.

 

Qeyd edək ki, iyulun 13-də Superliqa təmsilçisi "Hatayspor"la qarşılaşacaq "dənizçilər"in sonuncu rəqibi hələlik məlum deyil.