"Bildiyiniz kimi, "Sabah"la müqaviləmin vaxtı qurtarırdı. Buna görə görə qarşılıqlı razılıqla ayrıldıq. Mən özüm də istəmədim yeni müqavilə imzalayım". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sabah"ın mövsüm bitəndən sonra yollarını ayırdığı ilk futbolçu Slavik Alxasov deyib. 

Bu komandada qış fasiləsində bosniyalı legioner Boyan Letiçin gəlişindən sonra əsas heyətdə yerini itirən 29 yaşlı sol cinah müdafiəçisi ehtiyatda qalmaq istəməyib: "Çünki son 7 maçda ümumiyyətlə, oynamadım, start "11-iy"inə düşmədim. Buna görə ən yaxşı variant ayrımaq idi".

Slavikin sözlərinə görə, artıq yeni təklifləri var: "3-4 təklifim var. İnşallah, bir neçə günə, maksimum bir həftəyə bilinər yeni klubum".

Xatırladaq ki, Alxasov 2020-ci ilin yayından "Sabah"da çıxş edərək, hətta kapitanı da olub. 

 

 

MEHMAN SÜLEYMANOV