"Sabah" heyətinə yeni futbolçu cəlb edib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Amin Ramazanov bundan sonra "bayquşlar"ın formasını geyinəcək.

 

23 yaşlı qapıçı ilə 2 illik müqavilə bağlanıb.

 

Qeyd edək ki, Rusiyanın "Lokomotiv" (Moskva) klubunun yetirməsi olan Amin karyerası ərzində "Qarabağ" və "Zaqatala" klublarında çıxış edib.