İngiltərənin "Nyukasl" klubu yarımmüdafiəçi Şon Steur üçün "Ayaks"la razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi 27 milyon avro qarşılığında "Nyukasl"a transfer olunacaq. Bu məbləğin 24 milyon avrosu sabit transfer haqqı, 3 milyon avrosu isə bonus şəklində ödəniləcək. Razılaşmaya, həmçinin futbolçunun gələcək satışından "Ayaks"ın pay almasını nəzərdə tutan bənd də daxil edilib.

Bildirilir ki, tərəflər gecə saatlarında bütün sənədləri razılaşdırıblar. Şon Steur yaxın günlərdə tibbi müayinədən keçərək İngiltərə klubu ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.