"Kəpəz" futbolçu Luis Paçu ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

 

30 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki, braziliyalı forvard ötən mövsüm "Kəpəz"də 29 oyun keçirib və 5 qola imza atıb.