"Bornmut"un futbolçusu Eli Junior Kroupin "Tottenhem"in hədəfindədir. Sport24.az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.
"Tottenhem" 20 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. London təmsilçisi Kroupi üçün 85 milyon avro təklif etməyə hazırlaşır.
Hücumçu ötən mövsüm "Bornmut"un heyətində İngiltərə Premyer Liqasında keçirdiyi 33 oyunda 13 qola imza atıb və mövsümün ən yaxşı gənc futbolçusu mükafatına namizədlərdən biri olub.