"Qəbələ" heyətini braziliyalı futbolçu Mateus Belem ilə gücləndirməyə yaxındır. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "qırmızı-qaralar" hazırda 23 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlar aparır.

Müqavilə ilə Braziliyanın "San Paulu" klubuna məxsus olan futbolçu əsas komandanın planlarına daxil deyil və hazırda məşqlərdən kənarda qalıb.

Mənbənin bildirdiyinə əsasən, Mateus Belemə Qazaxıstan və Portuqaliyanın II Liqa təmsilçilərindən də təkliflər var. Bununla belə, "Qəbələ" onun transferi üçün danışıqları davam etdirir.

Qeyd edək ki, Mateus Belem son olaraq icarə əsasında "Camboriu"nun formasını geyinib. O, bu ilin mart ayında yenidən "San Paulu"ya qayıdıb. Futbolçunun Braziliya klubu ilə müqaviləsinin müddəti ilin sonunda başa çatacaq.