"Porto"nun vingeri Pepe "Roma"nın maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.
İtaliya klubu 29 yaşlı futbolçunun transfer müqaviləsinin şərtlərini müzakirə etmək üçün vasitəçilərlə ilkin danışıqlar aparıb.
Qeyd edək ki, Pepe Ötən mövsüm bütün turnirlərdə 48 oyunda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.